Veronika Qerin Mündəricat Şəxsi həyatı | İctimaiyyətlə əlaqələr karyerası: 1983 - 1990 | Jurnalistika karyerası: 1990 - 1996 | Öldürülməsi | Ölümündən sonra | Xatirəsi | Tanınmış incəsənətdə yeri | İstinadlar | Naviqasiya menyusu"Killed for Her Courage""Match: Republic of Ireland 0–5 England, 2 May 1981, Dalymount Park""Veronica Guerin"Wild Irish Women: Extraordinary Lives from History"The second fall of Veronica Guerin""Obituary: Veronica Guerin""Veronica Guerin""Veronica Guerin""The second fall of Veronica Guerin""Ward Appeal""Veronica Guerin""UK: Suspect in Veronica Guerin murder arrested""N. Ireland investigative journalist slain; Protestant group claims responsibility""Veronica Guerin""10 years later, still no peace for Veronica Guerin""10 years later, still no peace for Veronica Guerin""Obituary of Patrick 'Dutchy' Holland""Life sentence for Guerin murderer""Extradition of Irishman""Graham and Suzanne celebrate their big day""World Press Freedom Heroes: Symbols of courage in global journalism""Veronica Guerin Memorial Scholarship"
5 iyulda doğulanlar1958-ci ildə doğulanlar26 iyunda vəfat edənlər1996-cı ildə vəfat edənlərÖldürülən jurnalistlərDublində doğulanlar
ing.narkotikaDublinkatolikatletikaBasketbolfutbolİrlandiyafutbolİrlandiyaİrlandiya RespublikasıFutbol1981İngiltərəDublin19851990Mançester Yunaytedfutbol klubuOld TraffordErik Kantonafutbol klubu1983İctimaiyyətlə Əlaqələr71983-Yeni İrlandiya198719901994-İrlandiya1994-oktyabr1995oktyabrİrlandiya1995senytabr1995dekabr1995iyun1996İyunDublinOpel6DublinLondonİyulİrlandiyaDublinİrlandiyaParlamentivergi1996199615012151997-1998PortuqaliyaAmsterdamsui-qəsdtelefon12çirkli pulların yuyulması2000fevral3202011DublinDublin1997may199638200050502007Dublin
(function()var node=document.getElementById("mw-dismissablenotice-anonplace");if(node)node.outerHTML="u003Cdiv class="mw-dismissable-notice"u003Eu003Cdiv class="mw-dismissable-notice-close"u003E[u003Ca tabindex="0" role="button"u003Egizləu003C/au003E]u003C/divu003Eu003Cdiv class="mw-dismissable-notice-body"u003Eu003Cdiv id="localNotice" lang="az" dir="ltr"u003Eu003Ccenteru003Enu003Ctableu003Enu003Ctbodyu003Eu003Ctru003Enu003Ctd align="center"u003Eu003Cdiv style="padding:1em 1em 1em 1em; font-size:90%; border:1px solid #BFB6A3; background-color:White"u003Enu003Cdiv class="floatleft"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="VikiBahar 2019"u003Eu003Cimg alt="VikiBahar 2019" src="//upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/CEE_Spring_Logo_vertical.jpg/40px-CEE_Spring_Logo_vertical.jpg" decoding="async" width="40" height="70" data-file-width="800" data-file-height="1400" /u003Eu003C/au003Eu003C/divu003Eu003Cdiv class="floatright"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1" title="Siyasət ayı"u003Eu003Cimg alt="Siyasət ayı" src="//upload.wikimedia.org/wikipedia/az/thumb/2/29/Siyas%C9%99t-loqo.png/70px-Siyas%C9%99t-loqo.png" decoding="async" width="70" height="70" data-file-width="200" data-file-height="200" /u003Eu003C/au003Eu003C/divu003Enu003Ca href="https://meta.wikimedia.org/wiki/Azerbaijani_Wikimedians_User_Group/az" class="extiw" title="meta:Azerbaijani Wikimedians User Group/az"u003E"Azərbaycan vikimediaçıları" istifadəçi qrupuu003C/au003E istifadəçiləri 21 mart – 31 may 2019-cu il tarixlərində Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediyalarda təşkil edilən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003Eu003Cbu003EVikiBahar 2019u003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində iştiraka dəvət edir.u003Cbr /u003EParalel olaraq 1-31 may 2019-cu il tarixlərində davam edən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Siyasət ayı"u003Eu003Cbu003ESiyasət ayıu003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində də iştirak edə bilərsiniz. Siz də qoşulun və töhfənizi verin!u003Cbr /u003Eu003Cbu003EƏtraflı:u003C/bu003E u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003EVikiBahar 2019u003C/au003E / u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Siyasət ayı"u003ESiyasət ayıu003C/au003E və u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Siyas%C9%99t_ay%C4%B1/Plan" title="Vikipediya:Mövzulu ay/Siyasət ayı/Plan"u003EPlanu003C/au003E u003C/divu003Enu003C/tdu003Eu003C/tru003Eu003C/tbodyu003Eu003C/tableu003Enu003C/centeru003Eu003C/divu003Eu003C/divu003Eu003C/divu003E";());
Veronika Qerin
Jump to navigation
Jump to search
Veronika Qerin | |
---|---|
ing. Veronica Guerin | |
Qerin 1990-cı illərdə | |
Doğum tarixi | 5 iyul 1958(1958-07-05) |
Doğum yeri | Dublin, İrlandiya |
Vəfat tarixi | 26 iyun 1996 (37 yaşında) |
Vəfat yeri | Dublin, İrlandiya |
Vəfat səbəbi | Sui-qəsd |
Həyat yoldaşları | Qraham Törli (1985-dən) |
Vətəndaşlıq | İrlandiya |
Peşəsi | accountant, jurnalist, yazıçı və futbolçu |
Milliyyəti | İrland |
İxtisası | Mühasibat |
Təhsili | Dublin Triniti Kolleci |
Fəaliyyəti | Jurnalist |
Fəaliyyət illəri | 1990–1996 |
IMDb | ID 0345944 |
Veronika Qerin Vikianbarda |
Veronika Qerin (ing. Veronica Guerin) — narkotika mafiyası tərəfindən qətlə yetilirən İrlandiyalı cinayət müxbiri.
Mündəricat
1 Şəxsi həyatı
2 İctimaiyyətlə əlaqələr karyerası: 1983 - 1990
3 Jurnalistika karyerası: 1990 - 1996
4 Öldürülməsi
5 Ölümündən sonra
6 Xatirəsi
7 Tanınmış incəsənətdə yeri
8 İstinadlar
Şəxsi həyatı |
Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin[1] qızı olan Qerin ailədə “Ronni” ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Qerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da[1]İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir.[2]
Qerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır.[3]1985-ci ildə o, Qraham Törli ilə ailə həyatı qurur[4] və 1990-cı ildə bu nikahdan cütlüyün Kasal adlı bir oğlu dünyaya gəlir.[5]Mançester Yunayted futbol klubunun böyük azarkeşi olan Veronika Old Trafforda səfər edərkən Erik Kantona ilə çəkdirdiyi şəkildə bu futbol klubuna olan sevgisini nümayiş etdirmişdir.[6]
İctimaiyyətlə əlaqələr karyerası: 1983 - 1990 |
Kolleci bitirdikdən sonra atası onu öz şirkətində mühasib kimi işə qəbul edir; lakin üç il sonra atasının ölümü səbəbilə sənətini dəyişir və 1983-cü ildə İctimaiyyətlə Əlaqələr müəssisəsininin əsasını qoyur və 7 il müddətində bu müəssisəni idarə edir.
1983-84-cü illərdə Qerin Yeni İrlandiya Forumunda Fianna Feil qrupu üçün katibə kimi xidmət edir.[6] O, həmçinin Çarlz Ceymz Hoqinin şəxsi assistanı kimi də fəaliyyət göstərib, daha sonra isə ailə dostuna çeviriliblər. 1987-ci ildə seçki təmsilçisi kimi çalışıb.[6]
Jurnalistika karyerası: 1990 - 1996 |
1990-cı ildə o, yenidən karyerasını dəyişir və Sandey Biznes Post və Sandey Tribun jurnallarında müxbir kimi fəaliyyət göstərməyə başlayır.[6]
1994-ci ildə Sandey Independent qəzeti adına cinayət hadisələri ilə əlaqədar yazılar yazmağa başlayır.[1] Qanunsuz fəaliyyətlər törədənlərin izinə düşmək üçün öz mühasiblik bacarıqlarından istifadə edən Qerin İrlandiyanın “insanların qüruruna toxunan” məqalələrin yazılmasının əleyhinə olan qanunlarına qarşı küçə adlarını və ləqəbləri işlətməklə yeraltı dünyanın sakinlərinin əməllərini ictimaiyyətə təqdim edirdi.[6][7]
Sonradan o, narkotik ticarətçiləri haqqında məqalələr yazmağa başlayanda bir sıra ölüm təhdidləri ilə rastlaşdı. Ona qarşı ilk zorakılıq halı 1994-cü ilin oktyabr ayında qətlə yetirilmiş cinayətkar Martin Keyhil barəsində məqaləsini dərc etdirdikdən sonra baş vermiş, yaşadığı ev iki nəfər silahlı şəxs tərəfindən güllələnmişdi. Lakin Qerin bu “xəbərdarlığa” əhəmiyyət vermir. İrlandiyalı cinayətkar Qerri Hatç haqqında “Rahib Qerri Hatç” məqaləsini[8] yazdıqdan bir gün sonra 1995-ci il oktyabrın 30-unda qapını açarkən silahlı şəxs tərəfindən ayağından güllə yarası aldı. Buna baxmayaraq, öz tədqiqatlarını davam etdirdi. İrlandiyanın İndependent qəzeti onun təhlükəsizliyini artırmaq məqsədilə xüsusi sistem yaratdı, və polis onu bütün gün ərzində evində nəzarətə almağa başladı. Lakin o, bunların heç birini qəbul etmədi və işlərinə çətinlik törədəcəyini bildirdi.
1995-ci il senytabrın 13-də Qerin məhkum Con Qilliqanın qanunsuz yollarla əldə etdiyi var-dövlətini bildirdikdən sonra onun hücumuna məruz qaldı.[8] Daha sonra Qilliqan onun evinə zəng edir və özü barəsində növbəti dəfə nəsə yazacağı halda oğlunu qaçırmaqla hədələyir.[7][9]
Qerin 1995-ci ilin dekabr ayında Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı mükafatına layiq görülür.[7]
Öldürülməsi |
1995-ci il iyunun 25-də axşam Qilliqanın narkotik qrupunun üzvləri Çarles Bouden, Brian Mihan, Piter Mitçel və Paul Vord Qrinmount görüşdülər. Dsətənin rəhbəri olan Bouden digər üç nəfəri silahlarla zənginləşdirdi.[10]
1996-cı il İyunun 26-da Qerin izlənildiyindən xəbərsiz halda Dublinin şəhərinin kənarında Nyulandz yol qovşağının yanında Naas Dual yol nəqliyyat hissəsində qırmızı işıqda dayanarkərkən qırmızı rəngdə Opel Kalibra avtomobilində motosikletdəki şəxslər tərəfindən 6 dəfə güllələndi.[11]
Qerinin öldürülməsindən təxminən bir saat sonra Dublindəki Mur küçəsində Bouden, Mihan və Mitçel arasında görüş baş tutdu. Daha sonra Bouden məhkəmədə bunları inkar edərək bildirmişdi ki, görüşün məqsədi silahları vermək olub.Lakin bu sadəcə onların məsuliyyəti öz üzərindən atmağa cəhdi kimi qəbul edildi.[10]
Onun qətli zamanı, Treynor Qerinin onun mütəşəkkil cinayətkarlıqda iştirakını haqqında kitab nəşr etdirməsinin qarşısını almaq üçün Ali Məhkəmənin qərarını axtarırdı.[12] Qerin Londonda Azadlıq Forumu konfransında çıxışından iki gün əvvəl öldürüldü. Onun seqmentinin mövzusu “Hekayəni demək üçün can atmaq: Jurnalistlər təhlükədədirlər” adlanırdı.[13]
Onun dəfnində İrlandiyanın baş naziri Con Bruton və silahlı qüvvələrin rəhbəri iştirak etmişdi. İyulun 4-ündə bütün İrlandiya ərazisindəki həmkarlar ittifaqları onun xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Qerin Dublin qraflığında Dardistaun məzarlığında dəfn edilmişdir.[14]
Ölümündən sonra |
Qerinin ölümü ölkədə böyük hiddətə səbəb oldu və Con Bruton bu hadisəni “Demokratiyaya hücum” adlandırdı.[11]İrlandiya Parlamenti cinayətkarlığın qarşısının alınması və cinayətkarların cəzalandırılması vasitəsi kimi vergi mühafizə qanunlarından istifadənin əhəmiyyətini önə çəkdi. Onun öldürüldüyü həftə ərzində Cinayət Akti 1996 və Cinayət Mülklərinin Bürosu Aktı 1996 qəbul edildi. Bu isə daha sonralar Cinayət Mülkləri Bürosunun yaradılmasına gətirib çıxardı.
Qerinin qətlindən sonra Bouden və Qilliqanın cinayətkar dəstəsinin digər üzvləri həbs edildi. Daha sonra bəzi qanunlar qəbul edildi və maddi dəstək təmin etmək məqsədi ilə büro yaradıldı. Qerinin öldürülməsindən sonra aparılan istintaq nəticəsində narkotik və silah alverçiləri daxil olmaqla 150-dən çox şəxs həbs edildi və göz altına alındı.[15] Öldürülməsindən keçən son 12 ay ərzində İrlandiyada narkotika cinayətkarlıq halları 15 faiz azaldı.
1997-ci ildə məhkəmədə şahidlik edərkən Bouden Patrik Holland adlı bir şəxsin adını çəkərək qeyd etdi ki, o, bu şəxsi silahla təmin edib və buna görə də Qerinin qətlində ondan şübhələnir. Holland heç bir zaman qətl maddəsi ilə ittiham edilməmişdi və 2009-cu ilin iyun ayına kimi Birləşmiş Krallıqda cəza evində öldüyü günə kimi bu cinayəti inkar etdi.[16][17]
1998-ci il noyabr ayında Bouden və digərlərinin şahidliyindən sonra Paul Hippo Vord Qerrinin qətlində ittiham olundu və cinayətin həyata keçirilməsində əlbir olan şəxs kimi ömürlük həbs edildi.[8][11]Daha sonra isə bu ittiham apelyasiya məhkəməsində ləğv edildi.[10]
Brian Mihan daha sonra Treynor (bu şəxs daha sonra Portuqaliyaya qaçmışdı) ilə Amsterdama qaçdı. Məhkəmə Boudenin əlavə şahidliklərini rədd etdikdən sonra, Mihan cinayət dəstəsinin üzvü olan Russel Vorrenin ifadəsi ilə ittiham olundu. Russel Vorren sui-qəsddən bir saat öncə Veronika Qerinin hərəkətlərini izləmiş və daha sonra Mihanla telefon əlaqəsi yaradaraq detallı məlumatlarla təmin etmişdi.[18] Mihan Qerini qətlə yetirməkdə ittiham olundu və ömürlük azadlıqdan məhrum edildi.[19]
Con Qillian Qerinin öldürülməsindən bir gün əvvəl İrlandiyanı tərk etmişdi və hava uçuşu ilə Amsterdama qaçmışdı. O, 12 ay sonra Birləşmiş Krallıqda Amsterdama bilet alarkən həbs olundu. Araşdırmalar nəticəsində onun yükləri arasında 500000 dollar pul vəsaiti aşkarlandı. Bu pulun qumar oyunlarından əldə edilməsi iddiası ilə Qilliqan çirkli pulların yuyulmasında da ittiham olundu. Üçillik hüquq mübarizəsindən sonra, o, 2000-ci ilin fevral ayının 3-də İrlandiyaya ekstradisiya olundu. Qerinin qətlində iştirak etməsi ilə bağlı bəraət aldıqdan sonra[8] o, 20 ton narkotik maddəni ölkəyə gətirməkdə ittiham olundu və 28 il müddətinə azadlıqdan məhrum edildi. Apelyasiya məhkəməsində onun həbsi 20 il müddətinə kimi azaldıldı.
Qerinin həyat yoldaşı Törli 2011-ci ildə yenidən ailə həyatı qurdu.[20]
Xatirəsi |
Qerinin anım heykəli Dublin Qalasının yaxınlığında Dublin Linn bağlarında yerləşir.
1997-ci mayın 2-də Virciniya Arlinqtonda keçirilən mərasimdə Veronika Qerin və 1996-cı ildə öldürülən 38 beynəlxalq jurnalistin adı Jurnalistlərin Xatirəsinə həsr olunnmuş Azadlıq Forumuna əlavə edildi. Onun həyat yoldaşı auditoriyaya müraciət edərək bildirdi: “Veronika azadlıq üçün yazdı. Parlaq işıq kimi qalxdı və İrlandiyanın bu günkü həyatını yazdı və həqiqəti dedi. Veronika hakim deyildi, nə də rəhbər deyildi, lakin o, öz həyatı bahasına İrlandiya tarixinə böyük töhfələr verdi”.[7]
2000-ci ildə, Qerin Beynəlxalq Mətbuat İnstitunun son 50 il ərzində Dünya Mətbuatının 50 Azadlıq Qəhrəmanlarından biri adlandırıldı.[21]
2007-ci ildə, Dublin Şəhər Universitetində Veronika Qerinin Xatirə Təqaüdü təsis edildi, və beləcə bu təqaüd sayəsində jurnalistika tədqiqatları üzrə ixtisaslaşmaq istəyən jurnalistika tələblərinin ümumi xərclərinin bir hissəsi və təhsil haqqlarını qarşılamaq mümkün oldu.[22]
Tanınmış incəsənətdə yeri |
- Onun həyatına həsr olunmuş 2 film çəkilib: 2000-ci ildə “Səma yerə enəndə” filmi və 2003-cü ildə “Veronika Qerin” filmi baş rolda Keyt Blanşett.[9]
- İrlandiyalı ifaçı Elinor Makevoy Qerinin qətlində qısa zaman sonra “Ümidi itirmək asandı” mahnısını yazdı. Bu mahnı 1999-cu ildə onun Snapşots albomunda yer aldı.
Metal musiqi qrupu Savataj 1998-ci ildə mediaya təqdim olunan “Maqellanın oyanışı” albomunda Qerinə həsr olunmuş mahnı yazdı.
- Kristi Mur 2006-cı ildə Dublində Veronika Qerinə həsr etdiyi mahnını canlı ifa etmişdir. Bu həmin konsertin DVD-sində mövcud deyildi.
Qərbi Avstraliyanın Kollinqvud parkına onun adı verildi.
- İrlandiyalı mahnı müəllifi Paul Bauen Veronika Qerinin xatirəsinə “Veronika 1337” bəstələdi.
- Emili Orelinin müəllifi olduğu “Veronika Qerin: Cinayət Müxbirinin həyatı və ölümü” adlı avtobiqrafiya 1998-ci ildə nəşr olundu
İstinadlar |
↑ 1,01,11,2 Jason Lynch (3 November 2003). "Killed for Her Courage". People. Retrieved 30 September 2011.
↑ "Match: Republic of Ireland 0–5 England, 2 May 1981, Dalymount Park". Women's Football Archive. 4 May 2016. Retrieved 17 June 2016.
↑ "Veronica Guerin". The Telegraph. London. 28 June 1996.
↑ Wild Irish Women: Extraordinary Lives from History, Marian Broderick, University of Wisconsin Press, 2002, page 131
↑ "The second fall of Veronica Guerin". BBC News. 6 May 1998. Retrieved 30 September 2011.
↑ 6,06,16,26,36,4 Alan Murdoch (27 June 1996). "Obituary: Veronica Guerin". The Independent. Retrieved 30 September 2011.
↑ 7,07,17,27,3 "Veronica Guerin". Gale Encyclopedia of Biography at Answers.com. Retrieved 2 August 2012.
↑ 8,08,18,28,3 "Veronica Guerin". undergroundnotes.com. Retrieved 30 September 2011.
↑ 9,09,1 Liz Allen. "The second fall of Veronica Guerin". BBC News. 6 May 1998. Retrieved 2 August 2012.
↑ 10,010,110,2 "Ward Appeal". The Irish Times. 22 March 2002. Retrieved 30 September 2011.
↑ 11,011,111,2 "Veronica Guerin". International Press Institute. Retrieved 2 August 2012.
↑ Washbrook, Cyril (4 September 2010). "UK: Suspect in Veronica Guerin murder arrested". The Spy Report. Media Spy. Retrieved 4 September 2010.
↑ "N. Ireland investigative journalist slain; Protestant group claims responsibility". The Associated Press. 10 January 2001. Retrieved 30 September 2011.
↑ "Veronica Guerin". findagrave.com. Retrieved 30 September 2011.
↑ Henry McDonald (9 April 2006). "10 years later, still no peace for Veronica Guerin". The Guardian. Retrieved 30 September 2011.
↑ Henry McDonald (9 April 2006). "10 years later, still no peace for Veronica Guerin". The Guardian. Retrieved 30 September 2011.
↑ "Obituary of Patrick 'Dutchy' Holland". The Irish Times. 6 June 2009. Retrieved 2 August 2012.
↑ "Life sentence for Guerin murderer". BBC News. 29 July 1999. Retrieved 30 September 2011.
↑ "Extradition of Irishman". The New York Times. 10 December 1997. Retrieved 2 August 2012.
↑ "Graham and Suzanne celebrate their big day", The Irish Independent, 31 July 2011
↑ "World Press Freedom Heroes: Symbols of courage in global journalism". International Press Institute. 2012. Retrieved 26 January 2012.
↑ "Veronica Guerin Memorial Scholarship" (PDF). Dublin City University. Retrieved 30 September 2011.
Kateqoriyalar:
- 5 iyulda doğulanlar
- 1958-ci ildə doğulanlar
- 26 iyunda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- Öldürülən jurnalistlər
- Dublində doğulanlar
(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"1.040","walltime":"1.527","ppvisitednodes":"value":30202,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":80709,"limit":2097152,"templateargumentsize":"value":50270,"limit":2097152,"expansiondepth":"value":28,"limit":40,"expensivefunctioncount":"value":22,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":12856,"limit":5000000,"entityaccesscount":"value":23,"limit":400,"timingprofile":["100.00% 1445.464 1 -total"," 96.40% 1393.430 1 Şablon:Şəxs"," 95.68% 1382.990 1 Şablon:Kartoçka2"," 22.28% 321.999 5 Şablon:Sətirdə_tək-cəm"," 22.03% 318.368 10 Şablon:Str_find"," 21.77% 314.673 10 Şablon:Str_find/logic"," 14.44% 208.771 6 Şablon:Wikidata"," 12.56% 181.576 1990 Şablon:Str_left"," 7.18% 103.749 1 Şablon:Wikidata/link"," 6.30% 91.048 1 Şablon:Kartoçka/orijinal_ad"],"scribunto":"limitreport-timeusage":"value":"0.500","limit":"10.000","limitreport-memusage":"value":8437390,"limit":52428800,"cachereport":"origin":"mw1311","timestamp":"20190429184615","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"Veronika Qerin","url":"https://az.wikipedia.org/wiki/Veronika_Qerin","sameAs":"http://www.wikidata.org/entity/Q237541","mainEntity":"http://www.wikidata.org/entity/Q237541","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2017-02-09T12:08:30Z","dateModified":"2018-12-16T03:20:56Z","image":"https://upload.wikimedia.org/wikipedia/az/6/6e/Veronika_Qerin.jpg"(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":120,"wgHostname":"mw1256"););